Ərəb şahzadələrin "girovgirov" oyunu:


Digərləri 15 Yan 2018 21:35:00 289 0

Ərəb şahzadələrin "girovgirov" oyunu:

"The Independent" qəzetinin yazdığına görə, 2 aydır ki, bahalı oteldə "mehmanxana məhbusu" edilmiş Səudiyyə Ərəbistanı milyarderi, şahzadə Əlvalid bin Təlalın səbir kasası daşır və o azad olunması üçün, deyəsən hakimiyyətlə danışıqlara razılıq verib.

Neftlə zəngin Səudiyyənin şahzadəsi Əlvalid bin Təlaldan azad olunması üçün milyardlarla dollarlıq sərvətindən keçməsi istənir.

Forbes jurnalının məlumatına görə, Əlvalidin sərvəti 17 milyard dollar civarında təxmin edilir. Ölkəsinin ən məşhur biznesmenlərindən biri olan şahzadə Kinhdom Holding şirkətinin sahibidir.

"O bir məbləğ təklif edib, amma bu məbləğ ondan istənən məbləğ qədər deyil və baş prokuror bu günə qədər bu təklifi qəbul etməyib" - deyib adının çəkilməsini istəməyən bir Səudiyyə rəsmisi.

Şahzadə Əlvalidin məsələsi ilə tanış başqa bir mənbə isə Reuters agentliyinə deyib ki, o, Səudiyyə hökumətinə "ianə" vermək istəyir. Bununsa mənası o deməkdir ki, Əlvalid heç bir korrupsiya və büdcə oğurluğu ittihamı ilə üzləşmək istəmir.

O həm də mülkiyyətindən nəyi verib, nəyi verməmək seçimini də özü etmək niyyətindədir.

Ötən ilin noyabrından bəri şahzadə Əlvalid də Səudiyyə Ərəbistanı siyasət və biznes elitasının onlarca başqa üzvü kimi Riyadın dəbdəbəli Ritz Carlton otelində faktiki olaraq həbsdə saxlanır. Onlara indiyədək yığdıqları sərvətdən keçib azadlığa çıxmaq təklif edilib.