İsmayıllıMuğanlı yolu buz bağladı, hərəkət iflic oldu VİDEO


Digərləri 15 Yan 2018 21:21:00 244 0

İsmayıllıMuğanlı yolu buz bağladı, hərəkət iflic oldu  VİDEO

Dünən yağan qardan sonra gecə saatlarında İsmayıllıda bəzi yollar buz bağlayıb. Bu da nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Səhər saatlarından canlı qüvvə və ağır texnikalar əraziyə cəlb olunub, yollar qardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, İsmayıllıya yağan qar İsmayıllı-Muğanlı yolunda nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaradıb.

Qarla birlikdə dumanlı hava şəraitinin olması yolda təhlükəli vəziyyət əmələ gətirib. Gecə saatlarında isə yollar buz bağlayıb. 9 nömrəli "İsmayıllı Yol İstismar" idarəsinin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub.

Bundan əlavə rayonun bəzi kəndlərinə gedən yollar da buz bagladığından hərəkət məhdudlaşıb. Gecə saatlarında asfalt örtüyünün yenidən buz baglama ehtimalı var. Ona görə də sürücülərdən ehtiyatlı olmaları tövsiyyə olunur.