“Facebookda bir yazıya cavab verdim və altı gündən sonra evləndim”


Digərləri 15 Yan 2018 21:25:00 298 0

“Facebookda bir yazıya cavab verdim və altı gündən sonra evləndim”

Təsadüfi dostluq təklifləri, xəbərsiz qruplara əlavə edənlər və yazı, yaxud şəkillərində sizi də etiketləyən və səhifənizi dolduran o dostlar.

Amma bir nigeriyalı kişi reklam xarakterli postu ilə Facebook-u başqa bir səviyyəyə qaldırıb.

Chidimma Amedu dekabrın 30-u bir post paylaşaraq onunla evlənmək istəyən bir qadın olub-olmadığını sual edib. O, BBC-yə deyib.

Evlilik təklifi

"Artıq yaşım çatıb və evlənməyə hazıram və vaxt itirmək istəmirəm.

"Ərizələrinizi göndərin və uyğun olan ilə 2018-ci il yanvarın 6-ı ailə quracağam. Ərizələr 31.12.2017 gecə yarısına qədər qəbul olunacaq," o yazıb.

Ardınca da postlar paylaşmaqda davam edib.

"Bu barədə ciddiyəm və buna şübhə etməyin. Uğurlar."

O, bir neçə cavab alır, amma aralarında biri - Sophy Ijeoma onun diqqətini cəlb edir.

"Mən istəyərəm, şəxsi mesaj göndər... lols (gülmək işarəsi)," o yazmışdı.

Sophy əvvəlcə bunun zarafat olduğunu düşünüb və məzə olsun deyə cavab yazıb.

Açıq-aydın məqsəd

Sophy-nin mesaj qutusuna Chidimma-dan gələn ismarışın ardınca onun Facebook zəngi, qızın həyatının trayektoriyasını dəyişir.Facebook-dan istifadə edən hər kəs yəqin ki, ən az bir dəfə qəribə bir status yazısı ilə qarşılaşıb.

Chidimma postu zarafat məqsədi ilə paylaşsa da, Sophy maraqlandığını yazandan sonra, nikbin düşünməyə başlayıb

İlk söhbətlərindən iki gün sonra, Chidimma, yaşadığı şimal şəhəri Abuja-dan 500 km səyahət edərək Sophy-nin yaşadığı şərq şəhəri Enugu-ya gəlib.

Sophy onu bir dükanın qarşısında gözləyirmiş.

"İlk baxışdan sevgi idi," - Sophy xatırlayır.

"O, qarşıma çıxan ən yaraşıqlı kişidir və onu görər-görməz bəyənmişdim."

İki saat çəkən görüşdən sonra, Chidimma Sophy-yə eyni şəhərdə yaşayan əmisi ilə görüşməyi təklif edir.

Sophy-dən nə düşündüyünü soruşur.

O isə deyir ki, hələ də buna bir az zarafat kimi yanaşır, amma həyəcanlıdır və Chiddimma-nın maraqlı xasiyyəti olduğunu fikirləşir.

Ənənə müasirlik ilə görüşür

"Biz onun əmisinin evinə getdik və o dedi: "Əmi, evlənmək istədiyim qadın ilə tanış ol."

Chidimma kimi ailə üzvləri də belə şeylərə pis baxmırlar və ona görə də əmisi öz razılığını verir.

Cütlük Facebook-da bir ildən artıq dost olsa da, həmin reklama qədər bir dəfə belə olsun danışmayıblarmış

Igbo mədəniyyətində evlilik üçün ailə razılığı çox önəmlidir.

Facebook-dakı yad insanlar arasından gələcək həyat yoldaşını seçmək və altı gün içində onunla evlənmək isə bir o qədər də adi hal deyil.

Onların bir günlük münasibəti irəlilədikcə Sophy, Chiddimma-nın oyun oynamadığının fərqinə varır. Getting family backing for your choice of spouse is an essential part of Igbo culture.

Bəs yenicə tanış olduğun biri ilə necə evlənmək olar ki?