Azərbaycanda unikal məkan: "Təpəgöz" uşaq,


Digərləri 15 Yan 2018 21:27:00 330 0

Azərbaycanda unikal məkan: "Təpəgöz" uşaq,

Azərbaycanda unikal anatomiya muzeyi yaradılıb. Burada təxminən 5000 eksponat saxlanılır. Düzdür, bu eksponatlar əsasən tədris prosesində istifadə edilir, ancaq sıravi vətəndaşlar da bu muzeyə gedib bu nadir eksponatlarla tanış ola bilərlər. Həm də heç bir ödəniş etmədən.

"Təpəgöz"ə bənzəyən uşaq, siyam əkizləri, yırtıq beyin, uşaq skletləri, mumiyalar və hətta insan külü...

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bütün bunlar yeni yaradılan Anatomiya Muzeyində nümayiş olunur. Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən muzeydə 5200-ə yaxın canlı orqan saxlanılır.

Burada döl formasında və anomaliyayla doğulan uşaqlar var. ''Coclopiya", yəni "Təkgözlülük" sindromundan əziyyət çəkdiyi üçün dünyasını dəyişən uşaq və siyam əkizi olan bacılar ən diqqət çəkən eksponatlardandır.

Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri Vaqif Şadlinskinin sözlərinə görə, muzey "Dayaq hərəkət", "Anomaliya", "Kəllə sinir" və "Daxili orqanlar" olmaqla 4 otaqdan ibarətdir. Burada XVII əsrə aid 7 mumiya da qorunur. Sovet dövründə tapılan mumiyaları eksponat kimi bir çox ölkələrə göndərirdilər. Lakin bu mumiyalar Azərbaycandan tapılanlardır. Ehtimal olunur ki, havasız yerdə öldükləri üçün kimyəvi yox, təbii yolla mumiyalanıblar.

Uşaq skletləri maket kimi görünsə də, əslində tamamilə reallığı əks etdirir. Böyük insan skletlərinə çox rast gəlinsə də, müxtəlif yaşlı uşaqların skeletləri muzeyin geniş əhatəsindən xəbər verir. Eksponatlar tədris prosesində də istifadə olunduğundan kəllə sümüklərinin əksəriyyətinin tarixi sənədləşdirilib.


Xəbərə aid video