Ermənistanda 10 gündən sonra qiyam olacaq VİDEO


Dünya 15 Yan 2018 21:29:00 266 0

Ermənistanda 10 gündən sonra qiyam olacaq  VİDEO

Ermənistanda 10 gündən sonra qiyam olacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu sensasiyalı açıqlama ilə ermənistanın lraqir nəşrinə müsahibəsində politoloq Levon Şirinyan çıxış edib.

Erməni politoloq ölkənin institusional inkişaf etmədiyini, ancaq oliqarxlar və hərbi rəhbərlik tərəfindən idarə edildiyini diqqətə çatdırıb.

Şirinyan qeyd edib ki, Ermənistanı bir sıra böyük fəlakətlər gözləyir: "Biz elə bir vəziyyətdəyik ki, kataklizmlər ən gözlənilməz formada və istənilən vaxt gələ bilər. İnsanlar bahalaşmaları hiss etmirlər, çünki hələ yeni il ehtiyatları tükənməyib, 10 gündən sonra insanlar hər şeyi öz üzərlərində tam hiss edəcəklər "-deyə Şirinyan qeyd edib.

Erməni politoloqu Ermənistanın indiki prezidenti Serj Sarkisyan prezidentlikdən getdikdən sonra baş nazir kreslosunu tutmaqla hakimiyyəti yenə öz əlində saxlamağa çalışdığını da qeyd edib.