Bir şəxs namaz qılmaq üçün möhür tapa bilmirsə, nə etməlidir?


Digərləri 15 Yan 2018 21:15:00 299 0

Bir şəxs namaz qılmaq üçün möhür tapa bilmirsə, nə etməlidir?

Bir şəxs qeyri-müsəlman ölkəsində yaşayır və namaz qılmaq üçün möhür tapa bilmirsə, nə etməlidir?

Cəfəri məzhəbinə görə namazın səcdələrində alın gərək torpaq, daş, kərpic üzərinə, eləcə də, yerdən çıxan, amma yeyilməyən və geyilməyən maddələrin üzərinə qoyulsun.

Son.az islam.az-a istinadən bildirir ki, möhür özü də su ilə qarışdırılıb müəyyən formaya salınmış və qurudulmuş torpaqdan ibarətdir. Fərqi odur ki, möhür adətən şərəfli məkanların (məsələn, Kərbəla, Məşhəd) torpağından hazırlanır və onun üzərinə səcdə etməyin savabı daha çoxdur. Əgər möhür tapmaq mümkün deyilsə, bir ovuc torpağın, daşın, kərpic parçasının da üzərinə alnı qoymaq olar. Əgər bu mümkün olmasa, kösöv (taxta parçası), ağac yarpağı, ot da səcdə üçün istifadə edilə bilər. Bundan əlavə, təmiz kağız parçasının üzərinə də səcdə etmək icazəlidir.