Sumqayıtda qadın 3cü mərtəbədən yıxılıb VİDEO


Digərləri 15 Yan 2018 21:18:00 243 0

Sumqayıtda qadın 3cü mərtəbədən yıxılıb  VİDEO

Sumqayıt şəhərində qadın ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsi bina 26, mənzil 6-da qeydə alınıb. 25 yaşlı Nuranə Hümbətəliyeva yaşadığı mənzilin eyvanına çıxaraq, yuyulmuş paltarları asmaq istəyib. Ayağı büdrəyən xanım 3-cü mərtəbədən yerə yıxılıb.

O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib . Müayinə zamanı məlum olub ki, gənc qadın yıxılarkən onurğa sümüyü çartlayıb və sağ bud nahiyyəsi sınıb. Eləcədə ağır kəllə beyin travması alıb. Onun vəziyyəti pisləşdiyindən Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.