Goranboyda avtomobil piyadanı vuraraq öldürdü VİDEO


Digərləri 15 Yan 2018 21:19:00 251 0

Goranboyda avtomobil piyadanı vuraraq öldürdü  VİDEO

Goranboyda yolu keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb. Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində isə iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

22 yaşlı gənci avtomobil vuraraq öldürüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində baş verib. Hərəkətdə olan avtomobil yola çıxan Həbib Abbasovu vurub. 22 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində isə iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Biləsuvar rayon sakini Vüsal Əliyev sükanı arxasında olduğu minik avtomobili ilə hərəkətdə olarkən digər mink maşını ilə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri, eləcə də 4 sərnişin yaralı halda Biləsuvar rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Yaralılar Lənkəran rayon sakinləridir. İlkin ehtimala görə, qəzaya yolun sürüşkənliyi səbəb olub. Faktla bağlı araşdırma aparılır.