Özünü başqalarının yerinə qoymağa çalış


Digərləri 15 Yan 2018 21:10:00 317 0

Özünü başqalarının yerinə qoymağa çalış

Bir nəfər metroya daxil olur və tez özünə yer tapmağa çalışır ki, əyləşsin. Başqaları onun bu halını müşahidə edən zaman belə düşünür ki, necə də mədəniyyətsiz şəxsdir. Başqalarının ayaq üstə olduğunu gördüyü halda, özünə əyləşməyə yer axtarır.

Son.az deyerler.org-a istinadən bildirir ki, həyatımız boyu elə hadisələrlə və şəxslərlə rastlaşırıq ki, onlara eyb eynəyi ilə baxırıq. Halbuki, bir qədər düşünsək və özümüzü onun yerinə qoymağa çalışsaq, əslində onunla həmrəy olmuş olarıq.

Həmrəylik elə bir məharətdir ki, daima psixoloqların diqqət mərkəzində olmuşdur. Həmrəy olmaq - yəni başqalarının hiss və həyəcanlarını başa düşməkdir. Başqa sözlə desək, özümüzü həmin şəxsin yerinə qoymaq məharətidir.

Hər kim bu məharəti əldə edər, cəmiyyətdə daha müvəffəq rabitələr qurmağı bacarar. Ona görə də başqaları tərəfindən sevilir və məhbub olur.

İndi həmin şəxsə eyb eynəyi olmadan baxaq. Bütün gecə iş yerində çalışıbdır və çox yorulubdur. Ayaq üstə dayanmağa taqəti yoxdur. Ona görə də əyləşmək üçün yer axtarır ki, rahat gedə bilsin. Əgər bunları düşünsək, həmin şəxsi yenə də mədəniyyətsiz hesab edərikmi?