Beynəlxalq Muğam Mərkəzi yeni layihəsini təqdim edib


Digərləri 15 Yan 2018 20:37:00 267 0

Beynəlxalq Muğam Mərkəzi yeni layihəsini təqdim edib

Beynəlxalq Muğam Mərkəzi yeni “Aşıq musiqisi axşamları”adlı layihəsini təqdim edib.

Bakı. Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı yeni layihəyə start verilib. Trend-in məlumatına görə, yanvarın 12- də layihə çərçivəsində “Koroğlu”ya qayıdaq” konsert-tamaşa keçirilib. Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə həyata keçirilir. Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. Qədim dövrlərdə və orta əsrlərdə aşıqlara "ozan", "varsaq", "dədə" deyirdilər. Müasir Azərbaycan aşıqlarının əcdadı olan qədim ozanların həyatına, məhəbbətinə, vətənpərvərliyinə, igidliklərinə həsr edilmiş ən qədim yazılı mənbə, yeddinci əsrə aid olan "Kitabi Dədə Qorqud" xalq dastanıdır. Tarixən musiqi folklorunun bəstəkarların yaradıcılığına böyük təsiri olub. Aşıq musiqisi Şifahi ənənəli musiqinin ən qədim sahələrindən biri olaraq xalq musiqisində, muğam sənətində, Azərbaycan opera yaradıcılığının inkişafında mühüm yer tutur. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilib. İlk dəfə aşıq musiqisinin xüsusiyyətlərindən bəstəkar Ü.Hacıbəyov "Koroğlu" operasında istifadə edib. Müasir musiqinin texniki vasitələriylə aşıq musiqisinin xüsusiyyətlərini birləşdirən digər bəstəkar Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində onların vəhdətini yarada bilib.