Rusiya teatrı Bakıda “Balaca şahzadə” tamaşasını təqdim edəcək (FOTO)


Digərləri 15 Yan 2018 20:26:00 351 0

Rusiya teatrı Bakıda “Balaca şahzadə” tamaşasını təqdim edəcək (FOTO)

Antuan de Sent-Ekzüperinin əfsanəvi “Balaca şahzadə” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim olunacaq.

Bakı. Fevralın 17-də Heydər Əliyev Sarayında Rusiyanın «Молчи и танцуй» teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında, dünya şöhrətli fransız yazıçı Antuan de Sent-Ekzüperinin əfsanəvi “Balaca şahzadə” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim olunacaq. Trend-in məlumatına görə, müasir rəqsin və qum animasiyasının möhtəşəm sintezi, səmimiyyət və məhəbbətlə dolu rəqs hərəkətləri və rəssam əllərinin yaratdığı parlaq sujet tamaşaçılara bu nağıl hekayəni onların qəhrəmanları ilə birgə yaşamağa köməklik edəcək. Rusiyanın ən yaxşı rəqqaslarından biri olan Yevgeni Yasmakovun iştirakı ilə, tamaşaçılara breakdance, hip-hop, akrobatika, funk və müasir rəqslər təqdim ediləcək.