ALEKSEEV ilk dəfə Bakıda solo konsertlə çıxış edəcək (VİDEO)


Digərləri 15 Yan 2018 20:03:25 247 0

ALEKSEEV ilk dəfə Bakıda solo konsertlə çıxış edəcək (VİDEO)

Ukraynanın populyar müğənnisi ALEKSEEV ilk dəfə Bakıda, “Elektra Events Hall”da solo konsertlə çıxış edəcək.

Bakı. Vüqar İmanov - Ukraynanın populyar müğənnisi ALEKSEEV ilk dəfə Bakıda, “Elektra Events Hall”da solo konsertlə çıxış edəcək. Trend-in məlumatına görə, konsert fevralın 24-də saat 20:00-da başlayacaq. Əsl adı Nikita Vladimiroviç Alekseyev olan Alekseev Ukraynanın “Ölkənin səsi” layihəsinin yarımfinalçısıdır. Onun “Pyanoye sontse” (“Пьяное солнце”) mahnısı 2015-ci ilin sonunda Rusiyanın “iTunes” çartına başçılıq edib və 6 həftə ərzində zirvədə qalıb, habelə həftələrin birinin yekunu üzrə “Shazam” dünya çatının top-100-lüyünə daxil olub. Mahnının bəstəkarı Ruslan Kvinta, müəllifi isə Vitali Kurovskidir. Mahnı Rusiyanın RU.TV telekanalının “İlin ən yaxşı kompozisiyası” mükafatına layiq görülüb. Alekseev, həmçinin Ukraynanın nüfuzlu “YUNA” mükafatının versiyasına əsasən “İlin kəşfi” sayılıb.