Bilgəhdə qədim qalaya bitişik divar söküləcək (ÖZƏL)


Digərləri 15 Yan 2018 20:06:10 302 0

Bilgəhdə qədim qalaya bitişik divar söküləcək (ÖZƏL)

Bakının Bilgəh qəsəbəsində qədim qalaya bitişik divar söküləcək.

Bakı. İlhamə İsabalayeva - Bakının Bilgəh qəsəbəsində qədim qalaya bitişik divar söküləcək. Trend-in məlumatına görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən "Qala" abidəsinə qanunazidd müdaxilənin qarşısının alınması məqsədilə abidəyə bitişik divarın sökülməsi və nəticəsi barədə məlumatın verilməsi ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edib.