Ermənistan "bomba" ilə üzüzə


Digərləri 15 Yan 2018 19:42:00 299 0

Ermənistan "bomba" ilə üzüzə

Ermənistanda benzin və dizel yanacağının bahalaşmasından sonra ictimai nəqliyyatda və taksidə gediş haqqı mütləq bahalaşacaq.

Mİlli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Sürücü Hüquqlarının Müdafiəçiləri Liqası" ictimai təşkilatının sədri Tiqran Hovannisyan deyib.

Onun fikrincə, əgər benzin və dizelin qiymətləri aşağı salınmasa, bununla bağlı vəziyyət nəzarətdən çıxa bilər:

"Hər dəfə enerjidaşıyıcıları bahalaşarkən sərnişindaşıma tariflərinin olduğu kimi qalması sürücülərin haqlı narazılığına səbəb olur".