Vasif Əzimov: "Ağlayaağlaya zəng vurur ki, atma məni" VİDEO FOTO


Şou-biznes 15 Yan 2018 19:12:00 439 0

Vasif Əzimov: "Ağlayaağlaya zəng vurur ki, atma məni"  VİDEO  FOTO

Müğənni və meyxanaçı Vasif Əzimov müsahibə verib

Son.az yenicag.az-a istinadən həmin müsahibəni təqdim edir:

- "Youtube"da mahnılarıyla izlənmə rekordu qıran müğənnilərdənsiniz. Amma nədənsə, efirdə az-az görünürsünüz. Səbəb nədir, çağırmırlar, yoxsa...? - Ağız açmağı xoşlayan adam deyiləm. Amma sənətimə dəyər verən dostlarım sağ olsun, özləri çağırırlar.

- Bu fanat ordusunu daha çox meyxana ilə qazanmısınız, yoxsa, mahnılarınızla? - Mən İqtisadiyyat İnstitutunu bitirmişəm. Təhsil aldığım sahə üzrə bir işlə məşğul olmaq istəyirdim. Amma qismət elə gətirdi ki, özümü musiqidə tapdım. 2001-ci ildən meyxana deyirəm. 2003-cü ildə 11-ci sinifdə oxuyanda kasetim çıxdı. O vaxt Alim Qasımov televizorda oxuyanda səsini diktafona yazırdım. Mənim muğama da böyük sevgim olub. Onu da deyim ki, bu sənətə gəlir mənbəyi kimi baxmamışam.

- Hansı sizə daha yaxındır - meyxana, yoxsa musiqi? - İkisi də doğmadır. Meyxana elə bir sənətdir ki, bədahətən fikirləşib, onu çatdırmaq lazımdır. Bu da Allah vergisidir. Amma mən özümü tərifləmirəm, məndən də yaxşı meyxana deyənlər var.

- Ustadınız kimdir? - Mehman Əhmədli.

- Onun sizin qarşınızda qoyduğu şərtlər olubmu? - Şərtlər yox, məsləhətlər olub.

- Meyxana aləmində olanlara əyyaş, narkoman damğası da vuranlar az deyil. - Sovet vaxtlarında bu damğalar vurulurdu.. Çünki meyxanaçıların haqqı söyləmələri narahatlıq yaradırdı. Onlara narkoman, əyyaş damğası vururdular ki, ciddi qarşılanmasınlar. Şükürlər olsun ki, indi meyxanaya münasibət dəyişib, meyxanaçılar dövlət tədbirlərinə də gedir, efirə də çıxır.

- Heç haqqınızda şayiələr dolaşıb? - Hamının haqqında şayiələr danışırlar. Şükürlər olsun ki, hələ indiyə qədər Vasif narkotikdən istifadə edib deyən olmayıb. Tanıyanlar bilir ki, belə şeylərdən uzağam. Nə içki içirəm, nə də narkotikdən istifadə edirəm.

- Şayiələrdən ehtiyatlanan adamsınız? - Komplekslərim var. Nəinki sənətçi, istənilən adam gərək cəmiyyət içində özünü qorusun və hərəkətlərinə nəzarət etsin. İstər-istəməz elə bir hərəkət edərsən ki, bütün qazandığın hörməti yerə vurarsan. Hətta o hərəkət karyeranı bir anın içində bitirər.

- Ən böyük kompleksiniz nədir? - Elə ciddi komplekslərim yoxdur, kaprizli insan deyiləm.

- Sizi nə qıcıqlandıra bilər? - Haqsızlıq.

- Bəs reaksiyanız necə olar? - Qarşı tərəf əgər səhvini başa düşürsə, keçirəm.

- Sözdən şiddətə keçə bilərsiniz? - Sakit təbiətliyəm, dava-şava, qalmaqal mənlik deyil. Fikir vermisinizsə, adım heç vaxt qalmaqalda hallanmayıb.

- Qalmaqala çəkənlər olubmu? - O qədər. Sadəcə bilmişəm ki, bunu qəsdən ediblər. Buna görə də, fikir verməmişəm.

- Fərqli imiciniz var. - Hə, saqqal saxlayıram, deyirlər yaraşır. Kostyumu yalnız ciddi tədbirlərə geyinirəm. Geyimdə sərbəst üslubu çox xoşlayıram.

- Ən çox nəyə pul xərcləyirsiniz? - Paltar və ətirə.

- Hobbiniz, əyləncəniz varmı? - Futbol oynamağı və izləməyi sevirəm.

- Azarkeşlik etdiyiniz komanda uduzanda əsəbiləşib, nəyisə qırıb-dağıtmısınız? - Sındırmamışam, amma əsəbiləşmişəm. Deyim ki, "Qarabağ"ın oyunlarını həmişə izləmişəm.

- Sizi nə ruhdan sala bilər? - Əziyyət çəkdiyim işi kimsə dəyərləndirməzsə, ruhdan düşərəm.

- Üstünüzdə talisman gəzdirirsiniz? - Elə şeylərə inanmıram. Yalnız Allaha inanıram.

- Həyatda ən çox sizi nə qorxudub? - Allahdan çox qorxuram.

- Günahlarınızın bağışlanması üçün Allaha yalvarmısınız heç? - İçimdə həmişə xof olub. Təbii ki, günahsız adam yoxdur, mənim də günahlarım var və buna görə qəlbimdə peşmançılıq hissi keçirmişəm.


Xəbərə aid fotolar