Rumıniya və Moldova birləşir?


Dünya 15 Yan 2018 19:18:00 304 0

Rumıniya və Moldova birləşir?

Rumıniyanın sabiq Prezidenti Trayan Besesku ölkə parlamentinə Moldova ilə birləşmək haqqında qanun layihəsi təqdim edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend Moldova mətbuatına istinadən məlumat verir.

"Deschide" portalı T.Beseskunun bəyanatından sitat gətirir: "Parlament sessiyasının əvvəlində Rumıniya və Moldovanın birləşməsini nəzərdə tutan, ABŞ Senatının 148 saylı qətnaməsinə əsaslanan qanun layihəsi təqdim edəcəyəm".

Sabiq dövlət başçısının sözlərinə görə, Senatın həmin qətnaməsi 1975-ci il Helsinki Yekun Aktının Nizamnaməsinə uyğun olaraq Moldovanın Rumıniya ilə yenidən birləşməsi hüququnun olduğunu nəzərdə tutur.