Vaşinqton metrosunda qatar relsdən çıxıb, bütün sərnişinlər təxliyyə edilib


Dünya 15 Yan 2018 18:50:09 334 0

Vaşinqton metrosunda qatar relsdən çıxıb, bütün sərnişinlər təxliyyə edilib

Hadisənin başvermə səbəbləri araşdırılır

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində içərisində 60 sərnişin olan metro qatarı "qırmızı zolaq"dan kənara çıxıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Şəhər Sərnişindaşıma İdarəsi "Twitter" səhifəsində bildirib.

Məlumata görə, qatar metronun "Farragut North" stansiyasında relsdən kənara çıxıb, hadisə nəticəsində xəsarət alan olmayıb, bütün sərnişinlər qatardan təxliyyə edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.