Ermənistan çalxalanacaq - Deputatlar bahalaşmaya qarşı küçələrə çıxmağa çağırdı


Digərləri 15 Yan 2018 18:46:00 250 0

Ermənistan çalxalanacaq - Deputatlar bahalaşmaya qarşı küçələrə çıxmağa çağırdı

Ermənistan parlamentində “Elk” fraksiyasının deputatları insanları bahalaşmaya qarşı küçəyə çıxmağı və hökuməti Vergilər Məcəlləsinə dəyişiklik etmək üçün məcbur etməyə çağırıb

Bakı. Ermənistan parlamentində “Elk” fraksiyasının deputatları insanları bahalaşmaya qarşı küçəyə çıxmağa və hökuməti Vergilər Məcəlləsinə dəyişikliyə məcbur etməyə çağırıb. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, parlamentin iclası zamanı deputatlar ölkədə yaranan vəziyyətlə əlaqədar hakim partiyanı təqsirləndirib: “Elə təəssürat yaranır ki, Ermənistan hakimiyyəti yalnız indi bahalaşma haqqında öyrənib və bunun qarşısını almağa çalışır. Amma biz bütün 2017-ci il boyunca xəbərdarlıq edirdik ki, yanvar ayından yeni Vergi məcəlləsi qüvvəyə minəcək və bahalaşma qaçılmazdır. Siz sıxılmış qazın qiymətini üç dəfə qaldıranda bilmirdiniz ki, bunun böyük təsiri olacaq?”