Elmar Məmmədyarov Fransanın xarici işlər naziri ilə görüşəcək


Siyasət 15 Yan 2018 17:56:25 262 0

Elmar Məmmədyarov Fransanın xarici işlər naziri ilə görüşəcək

Azərbaycanın xarici işlər naziri 17-18 yanvar tarixlərində Fransada işgüzar səfərdə olacaq

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 17-18 yanvar tarixlərində Fransada işgüzar səfərdə olacaq.

Bu barədə "Report"a XİN-dən məlumat verilib. 

Səfər çərçivəsində Nazir Elmar Məmmədyarovun Fransadan olan həmkarı və digər rəsmi şəxslər, həmçinin YUNESKO-nun rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.