“Liverpool” Manchester “City” üçün cəhənnəm yaratdı"


İdman 15 Yan 2018 17:49:00 284 0

“Liverpool” Manchester “City” üçün cəhənnəm yaratdı"

“Liverpool”un baş məşqçisi Yurgen Klopp “Manchester City” ilə oyundan sonra (4:3) fikirlərini bildirib.

Goal.az xəbər verir ki, Klopp bu qarşılaşmanın uzun müddət yaddaşlarda qalacağını deyib:

“Bu qarşılaşmaya baş məşqçi kimi də, azarkeş kimi də baxsaz, “möhtəşəm” ifadəsini işlədəcəksiniz. Bu, tarixi oyun idi. Hələ 20 il də bu oyunu müzakirə edəcəksiz. Çünki “Manchester City” bu mövsüm bir daha məğlub olmayacaq. Bütün dünyada bu qarşılaşmaya baxırdılar. Uşaqlar ürəklə oynadılar. Hər iki komanda möhtəşəm futbol sərgilədi. Hansı səviyyədə oynadığımızı deyə bilmərəm, amma “Liverpool” Manchester “City” üçün cəhənnəm yaratdı. Qarşılaşmanın son dəqiqələri çox gərgin keçdi. Ancaq mən 3-cü qolu buraxacağımızdan qorxmurdum. Futbolçularıma arxayın idim”.