Rusiyalı alimin Azərbaycanda saxlanılmasının detalları məlum oldu


Digərləri 15 Yan 2018 17:25:00 241 0

Rusiyalı alimin Azərbaycanda saxlanılmasının detalları məlum oldu

Rusiyalı alimin Azərbaycanda saxlanılmasının detalları məlum olub.

Son.az apa-ya istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan Dmitri Çulkovun Azərbaycanda üzləşdiyi xoşagəlməz hal onun birbaşa özünün törətmiş olduğu xətanın nəticəsi olub.

Belə ki, cəbhə bölgəsində yerləşən Göygöl rayonu ərazisindəki hərbi hissələrdən birinə yaxınlaşan Dmitri Çulkov qadağan olunmuş əraziyə daxil olub və həmin ərazidə yerləşən hərbi hissənin fotolarını çəkib. O, hərbçilərin tələbinə məhəl qoymayaraq, çəkilişi davam etdirib. Belə olan halda əraziyə polis çağırılıb. Lakin D. Çulkovo polisin də qanuni tələbinə məhəl qoymayıb.

Nəticədə hüquq-mühafizə orqanları müəyyən araşdırma apardıqdan sonra Dmitri Çulkov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Yanvarın 5-də məhkəmə Dmitri Çulkov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən 10 sutka inzibati həbs qərarı çıxarıb. Dmitri Çulkov səhvini başa düşdüyünü bildirib, hətta üzrxahlıq da edib.