Britaniya qırıcıları Rusiyanın hərbi təyyarələrini "tutmaq" üçün havaya qaldırılıb


Dünya 15 Yan 2018 17:30:00 249 0

Britaniya qırıcıları Rusiyanın hərbi təyyarələrini "tutmaq" üçün havaya qaldırılıb

Britaniya qırıcıları Krallığın hava məkanı yaxınlığında Rusiyanın strateji bombardmançı təyyarələrini "tutmaq" üçün havaya qalxıblar.

Son.az report-a istinadən xəbər verir ki, bu haqda Qərb dövlətlərinin aviasiya xidmətləri məlumat yayıb.

Şotlandiyadan şərqdə Rusiyanın "Tu-160" strateji bombardmançı təyyarəsinin radiodanışığı qeydə alınıb. Bundan sonra Belçikanın 2 "F-16" qırıcısı və Fransanın "C-135FR" Stratotanker" yanacaqdolduran-təyyarəsi havaya qaldırılıb.