Arda Turan: "Galatasaray” mənə qucaq açmadı”


İdman 15 Yan 2018 17:11:00 277 0

Arda Turan: "Galatasaray” mənə qucaq açmadı”

“Barcelona”dan ayrılaraq Türkiyənin “Başakşehir” klubuna keçən Arda Turan mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Goal.az xəbər verir ki, təcrübəli futbolçu ona ünvanlanmış “Türkiyəyə dönsəm. sadəcə “Galatasaray”a gələrəm” demişdin sualına belə şərh verib:

“Bəli, onu demişdim. Amma “Galatasaray” mənə qucaq açmadı, istəmədilər. İndi deyirəm ki, “Galatasaray” məni istəsə, dönərəm. Bu fikrim heç zaman dəyişməyəcək”.

Qeyd edək ki, Arda Turan 2,5 illik icarə ilə “Başakşehir”le rəsmi müqavilə imzalayıb.