Yoldan çıxan avtomobil 2 nəfəri əzdi VİDEO FOTO


Digərləri 15 Yan 2018 16:55:00 277 0

Yoldan çıxan avtomobil 2 nəfəri əzdi  VİDEO  FOTO

Bakının Yasamal rayonunda da qəza olub. 

Son.az ARB TV-yə istinadla xəbər verir ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığında 29 yaşlı Ramal Həsənov "Mercedes" markalı avtomobilin idarəetməsini itirib. Bu zaman avtomobil dayanacağın yaxınlığındakı səkiyə çıxaraq 52 yaşlı Azər Həsənov və 21 yaşlı Ayşə Yasinlini vurub. 

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalar aparılır.


Xəbərə aid fotolar