Futbolçunu meydandan qovan fransız hakim səhvini etiraf edib


İdman 15 Yan 2018 16:47:00 315 0

Futbolçunu meydandan qovan fransız hakim səhvini etiraf edib

Fransa Liqasının 20-ci turunda baş tutan "Nantes" - PSG (0:1) oyununda maraqlı hadisə qeydə alınmışdı. Matçın sonunda baş hakim Toni Şapron ehtiyatsızlıqdan ona ilişən Diyeqo Karlosa əvvəlcə ayaqla zərbə vurmuş, sonra isə ona qırmızı vərəqə göstərmişdi. Goal.az xəbər verir ki, Şapron Liqa 1-in İntizam Komitəsinə göndərdiyi hesabatda futbolçunun 2-ci sarı vərəqəsini ləğv etməyi istəyib. Referi epizodun təkrarını izlədikdən sonra bu qərarı verib. O, futbolçunun ona qəsdən toxunmadığı qənaətinə gəlib.

Şapron yaxın vaxtlarda İntizam komitəsinə çağrılacaq. Hakim müvəqqəti olaraq işindən kənarlaşdırılıb. O, 21-ci turda oyun idarə etməyəcək.