Azərbaycanda körpələrin daha çox yoluxduğu XƏSTƏLİKLƏR açıqlandı


Digərləri 15 Yan 2018 16:06:00 263 0

Azərbaycanda körpələrin daha çox yoluxduğu XƏSTƏLİKLƏR açıqlandı

Azərbaycanda körpələr arasında rast gəlinən xəstəliklər arasında ilk yerdə tənəffüs üzvlərinin xəstəliyi, ikinci yerdə perinatal dövrdəki xəstəliklər, üçüncü yerdə isə infeksion, anadangəlmə inkişaf qüsurları və digərləridir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, ölkədə baş verən körpə ölümləri əsasən yenidoğulanlar arasında və perinatal dövrlərdə müşahidə olunur.

Son illər əkiz, üçəm və çoxdöllü hamiləliyin sayında artım olduğunu deyən N.Quliyev bunun səbəbini süni mayalanma ilə izah edib: