"Bu ilin birinci yarısında MoldovaAzərbaycan hökumətlərarası komissiyasının iclası olacaq"


Dünya 15 Yan 2018 15:44:00 253 0

"Bu ilin birinci yarısında MoldovaAzərbaycan hökumətlərarası komissiyasının iclası olacaq"

"Bu ilin birinci yarısında iqtisadi əməkdaşlığa dair Moldova-Azərbaycan hökumətlərarası birgə komissiyanın iclası nəzərdə tutulub".

Son.az xəbər verir ki. bunu apa-ya açıqlamasında Moldovanın ölkəmizdəki səfiri George Leuka deyib.

2017-2018-ci illərin Azərbaycan və Moldova arasındakı münasibətlər üçün əhəmiyyətli olduğunu deyən səfir bildirib ki, 2018-ci il Azərbaycanda "Xalq Cümhuriyyəti ili" elan olunduğu üçün bu il ərzində ölkəmizdə təşkili planlaşdırılan tədbirlərdə buna xüsusi önəm veriləcək.

2018-ci ildə Azərbaycanda bir sıra mədəniyyət tədbirlərinin nəzərdə tutulduğunu deyən səfir qeyd edib ki, gələn ay iki ölkənin Moldova ədəbiyyatının Azərbaycan dilində, Azərbaycan ədəbiyyatının isə Rumıniya dilində antologiyasının hazırlanması işinə başlanılacaq. Səfirin sözlərinə görə, Azərbaycan və Moldova biznesmenlərinin iştirakı ilə biznes forum təşkil ediləcək.

Moldovanın bu il GUAM-a rəhbərlik etdiyini vurğulayan səfir bildirib ki, il ərzində prezidentlərin görüşləri də daxil olmaqla, bir sıra yüksək səviyyəli görüşlərin, səfərlərin təşkili gözlənilir. 

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində