Türkiyə ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirildi


Digərləri 15 Yan 2018 14:31:00 267 0

Türkiyə ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirildi

Türkiyə Silahlı Qüvvələri (SQ) yanvar ayının sonunadək Suriyanın Afrin şəhərində hərbi əməliyyatlara başlaya bilər.

Mİlli.Az Trend-ə istinadən xəbər verir ki, SQ Afrində PYD və YPG terror təşkilatlarına qarşı əməliyyatlara başlamaq üçün tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qeyd edək ki, ötən gün Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın PYD və YPG ilə əməkdaşlığının rəsmi Vaşinqtonun öhdəlikləri və bəyanatları ilə ziddiyyət təşkil etdiyini və Türkiyənin milli təhlükəsizliyini təhdid etdiyini bildirib.