"Lotu Quli"nin dəstəsi Moskvada Azizin adamları ilə toqquşdu


Kriminal 15 Yan 2018 14:27:00 288 0

"Lotu Quli"nin dəstəsi Moskvada Azizin adamları ilə toqquşdu

Azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli") dəstəsi Moskvada çeçen Aziz Batukayevin dəstəsi ilə toqquşub. 

Son.az baku.ws-yə istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Toqquşma zamanı 5 azərbaycanlı və 10 çeçen saxlanılıb. 

Məlumatlara görə, toqquşmaya səbəb "Lotu Quli" ilə Azizin telefon danışığı olub. Gərgin söhbətdən sonra tərəflər bir-birinə güzəştə getməyib. Doroqomilovski, Danilov və Butovski bazarları uğrunda gedən mübarizə daha da gərginləşib. 

Ded Xasanın qətlindən sonra onu əvəzləmək üçün Azizin adı daha ciddi şəkildə hallanırdı. Ancaq "Lotu Quli" ilə toqquşma Azizin oğru titulunu şübhə altına qoyub.