İngiltərə millisinin sabiq futbolçusu vəfat edib


İdman 15 Yan 2018 14:26:00 252 0

İngiltərə millisinin sabiq futbolçusu vəfat edib

İngiltərə millisinin sabiq hücumçusu Sirill Recis 59 yaşında vəfat edib. Goal.az xəbər verir ki, ölümün səbəbi məlum deyil. Bəzi nəşrlər onun ürək tutmasından dünyasını dəyişdiyini yazır.

Futbolçu karyerası ərzində Recis "West Bromwich Albion", "Coventry", "Aston Villa", "Wolverhampton", "Chester City" kimi klubların şərəfini qoruyub. İngiltərə millisində 5 oyun keçirən sabiq forvard karyerasını 1996-cı ildə başa vurmuşdu.