Cakartada fond birjasının binası uçaraq dağılıb, 75 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB


Dünya 15 Yan 2018 14:17:00 271 0

Cakartada fond birjasının binası uçaraq dağılıb, 75 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Müvafiq yerli orqanlar qonşu ərazilərdən insanları təxliyyə edirlər

Cakartada fond birjasının binasında döşəmənin çökməsi nəticəsində azı 75 nəfər xəsarət alıb.

Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

Qeyd edilir ki, hazırda yerli polis yaralıların aşkarlanması ilə məşğuldur.

Şahidlərin sözlərinə görə, ikinci mərtəbənin tavanı qəfil aşağı düşən güclü səs çıxıb.

***10:39

İndoneziyanın paytaxtı Cakartada Fond Birjasının binasının uçması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Fond Birjasının nümayəndəsi Reza Andhikanın bildirdiyinə görə, partlayış barədə heş bir məlumat daxil olmayıb.

Müvafiq yerli orqanlar qonşu ərazilərdən insanları təxliyyə edirlər.