Daxili işlər naziri: “Ötən il Azərbaycanda 18 min 132 yol-nəqliyyat hadisəsi baş verib”


Sosial 15 Yan 2018 13:28:55 319 0

Daxili işlər naziri: “Ötən il Azərbaycanda 18 min 132 yol-nəqliyyat hadisəsi baş verib”

Ramil Usubov: ""Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 624 cinayət açılıb"

“Azərbaycanda ötən il piyadaların vurulması faktları da daxil olmaqla 18 min 132 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 84 avtomobil saxlanılıb”.

“Report”un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin 2017-ci ilin yekunlarına həsr edilən geniş kollegiya iclasında nazir Ramil Usubov deyib.

O qeyd edib ki, “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 624 cinayət açılıb.

R.Usubov bildirib ki, hüquqazidd əməllərdən zərər çəkənlərin qanuni mənafelərinin müdafiəsində və ədalətin bərpasında mühüm əhəmiyyət kəsb edən cinayətə görə məsuliyyətin labüdlüyünün təmin edilməsi üzrə fəaliyyət də nəzarətdə saxlanılıb, məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər və ya müqayisə edilən dövrə nisbətdə 13 faiz çox təqsirləndirilən şəxs tutulub.