Qızları yeyən 60 yaşlı manyak həbsdən çıxdı


Dünya 15 Yan 2018 13:30:00 354 0

Qızları yeyən 60 yaşlı manyak həbsdən çıxdı

İngiltərədə Meksika əsilli 14 yaşlı qızla zorla cinsi münasibətdə olub, öldürdükdən sonra yeməyə çalışan "Hannibal" ləqəbli manyak Dale Bolingerin ABŞ-ın Nebraska əyalətində geri döndüyü xəbəri əhalini gərgin duruma salıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, Bolinger sözügedən qətl olayına görə 3 il öncə həbs olunub.

60 yaşlı Dale Bolingerin məhkəmədə 6 yaşından bu yana adam yemək fikrinə düşdüyünü dediyi bildirilir. O, ifadəsində "Bir qız uşağını yemək necə olur, maraqlı gəlirdi" demişdi.

Polislərin Nebraskadakı nəzarəti gücləndirilib. ABŞ-lı cinayətkarın bölgəyə geri dönüşünün əyalətdəki ailələrdə böyük qorxu yaratdığı deyilir.

Qeyd edək ki, 14 yaşlı qızla e-mail vasitəsi ilə tanış olub, onunla görüş təyin edən Dale öncə bir balta alıb.


Xəbərə aid fotolar