Azərbaycan banklarının xarici öhdəlikləri azalıb


İqtisadiyyat 15 Yan 2018 12:39:49 310 0

Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Aylıq müqayisədə azalma 49 mln. manat və ya 29 mln. dollar olub

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il dekabrın 1-nə 2 501 mln. manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, noyabrın 1-nə olan göstərici ilə müqayisədə 49,3 mln. manat və ya 1,93% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 2,81 dəfə azalıb.

"Report"un analitik qrupu bildirir ki, kommersiya banklarının xarici öhdəliklərinin kəskin azalması Azərbaycan Beynəlxalq Bankının (ABB) 2,266 mlrd. ABŞ dolları (3,85 mlrd. manat) həcmində xarici öhdəliklərinin Azərbaycan hökumətinə ötürülməsi səbəbindən baş verib. Nəticədə, dollar ekvivalentində xarici öhdəliklər dekabrın 1-nə 1 471 mln. dollar təşkil edib. Bu göstərici noyabrın 1-nə 1 500 mln. dollar, oktyabrın 1-nə 1 592 mln. dollar, sentyabrın 1-nə 3 779,1 mln. dollar olub. Yəni, dollar ekvivalentində bank sektorunun xarici öhdəlikləri aylıq müqayisədə 29 mln. dollar azalma göstərib. 

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci ilin yanvarında qeydə alınıb və 8 071,7 mln. manat və ya 4 211,7 mln. dollara bərabər olub.