"Kəpəz" Cənubi Koreya klubu ilə qarşılaşacaq


İdman 15 Yan 2018 12:27:00 241 0

"Kəpəz" Cənubi Koreya klubu ilə qarşılaşacaq

Türkiyə toplanışı müddətində “Kəpəz”in yoxlama oyunundakı son rəqibi məlum olub. Goal.az xəbər verir ki, Gəncə klubu Antalyada Cənubi Koreyanın “Daejeon Citizen” komandası ilə qarşılaşacaq. Bu oyun yanvarın 25-də baş tutacaq. "Sarı-göylər” qardaş ölkədə dörd yoxlama görüşü keçirəcək ki, rəqiblərdən üçü bir müddət öncədən müəyyənləşmişdi. Belə ki, komandamız asiyalılarla yanaşı, yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə görüşəcək.