Sergey Lavrov 2017-ci ilin əsas beynəlxalq mövzularını sadalayıb


Dünya 15 Yan 2018 12:00:42 285 0

Sergey Lavrov 2017-ci ilin əsas beynəlxalq mövzularını sadalayıb

Rusiya XİN başçısı: "Bu gün beynəlxalq hüququn devalvasiyası və çoxtərəfli institutların rolunun azalması müşahidə olunur"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında 2017-ci ilin əsas xarici siyasət mövzusularını sadalayıb.

"Report" xəbər verir ki, Rusiya XİN başçısı ilk növbədə Suriyadakı vəziyyəti göstərib.

S.Lavrov deyib ki, keçən il xarici siyasətin inkişafı baxımından asan olmayıb, dünyanın müxtəlif bölgələrində bir çox gərginlik ocağı qalıb.

Nazir daha sonra Yaxın Şərq - Liviya, Yəmən, dalana dirənən Fələstin-İsrail nizamlanması mövzusunu qeyd edib.

Onun sözlərinə görə, bu gün beynəlxalq hüququn devalvasiyası və çoxtərəfli institutların rolunun azalması müşahidə olunur: "Həmçinin hazırda hərbi gücü suverenliyin bəlkə də yeganə təminatı sayan ölkələrin sayının artıdığını və onların hərbi potensialının durmadan artırdığını müşahidə edirik".

O diqqətə çatdırıb ki, ABŞ və müttəfiqləri çoxqütblü dünyanın reallığını etiraf etməmək, işləri yalnız diqtə və ultimatumlarla aparmaq istəyir.