Prokuror Fikrət Qocanın oğlunun qətli ilə bağlı məhkəmə qərarından apellyasiya protesti verdi


Digərləri 15 Yan 2018 12:05:00 298 0

Prokuror Fikrət Qocanın oğlunun qətli ilə bağlı məhkəmə qərarından apellyasiya protesti verdi

Xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə hökmündən apellyasiya şikayəti və protest verilib.

Son.az APA-ya istinadən xəbər verir ki, prokurorun apellyasiya protesində həmin şəxslərin cəzalarının ağırlaşdırılması istənilib.

Təqsirləndirilən şəxslər isə apellyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. 

Şikayət və protestə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Nehmətov 5 il, P. Hüseynov 2 il, R. Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.