Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi


Siyasət 15 Yan 2018 12:06:21 239 0

Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizə məxsus tankerin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"