O`Nildən Premyer Liqa klubuna rədd cavabı


İdman 15 Yan 2018 12:09:00 273 0

O`Nildən Premyer Liqa klubuna rədd cavabı

İrlandiya millisinin baş məşqçisi Martin O`Nil "Stoke City"nin təklifini geri çevirib. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis millidə işini davam etdirməyi üstün tutub. Premyer Liqa klubu daha öncə "Espanyol"un çalışdırıcısı Kike Sançez Floresə təklif göndərib və rədd cavabı alıb.

"Stoke City" katalon klubuna 3.5 milyon avro kompensasiya ödəməyə, Sançez Floresə isə 5 illik müqavilə təklif etməyə hazır idi.