Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib


Digərləri 15 Yan 2018 11:59:00 230 0

Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib. Başsağlığında deyilir: "Hörmətli cənab Prezident. Ölkənizə məxsus tankerin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması barədə xəbər məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin