Rusiyalı məşqçi: Bakıdakı məşqçilik kursları çox səmərəli keçir (FOTO)


Digərləri 15 Yan 2018 11:47:00 308 0

Rusiyalı məşqçi: Bakıdakı məşqçilik kursları çox səmərəli keçir (FOTO)

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçiriən məşqçilik kursları çox səmərəli keçir.

Bakı. Ənvər Məmmədov - Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçiriən məşqçilik kursları çox səmərəli keçir. Trend-in məlumatına görə, bunu jurnalistlərə rusiyalı məşqçi, dünya və Avropa çempionu Yana Lukonina deyib. Onun sözlərinə görə, məşqçilər bu kurslarda yeni çox şeylər öyrənib: “Bizi indi imtahanlar gözləyir. Fikrimcə, ən çətini nəzəri imtahanlar, xüsusilə anatomiya üzrə suallar olacaq. Gimnastika elementləri ilə bağlı suallara cavab vermək daha asan olacaq, çünki biz bunları əzbər bilirik”.