Hamı elə bildi ki, Aygün, Zülfiyyə və Briliant barışıb VİDEO FOTO


Şou-biznes 15 Yan 2018 11:30:00 319 0

Hamı elə bildi ki, Aygün, Zülfiyyə və Briliant barışıb  VİDEO  FOTO

Xəbər verdiyimiz kimi, yanvarın 13-də türkiyəli müğənni Ajda Pekkanın Heydər Əliyev adına Saraydakı konsertində Azərbaycanın 3 məşhur küsülü ulduzu Brilliant Dadaşova, Aygün Kazımova və Zülfiyyə Xanbabayeva iştirak edib. Hətta onlar konsertdən sonra "Nərgiz" jurnalının 5 illiyi münasibəti ilə təşkil olunan özəl gecədə iştirak ediblər. Kazımovanın konsertdə Xanbabayeva ilə söhbət etməsi, Aygünün şənlikdə Brilliantla duet oxuması, üç xalq artistinin rəqs etməsi müzakirələrə səbəb olub. Yerli media onların barışmaqları barədə xəbərlər dərc edib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, əslində eks-rəfiqələrin barışmaq xəbərləri həqiqəti əks etdirmir. Belə ki, Aygünlə Zülfiyyənin münasibətləri "salam-sağ ol"dan ibarətdir.  Bildirilir ki, onlar hər zaman tədbirlərdə, özəl məclislərdə rastlaşan zaman salamlaşır, lakin aralarında "pərdə" saxlamağa davam edirlər. 

Amma Kazımova ilə Dadaşova arasında əsən soyuq küləklər, "düşmənçilik" hələ də davam edir. Bu məqamda bildirək ki, sosial şəbəkədə iki xalq artistinin mahnı oxumasında da bu özəl tədbir üçün məcburi şəkildə mahnı ifa etmələri hiss olunur. Hətta Kazımova əməkdar artist Eyyub Yaqubovu səhnəyə dəvət edərək ifalarına qoşulmağını istəyib. Brilliant Dadaşovanın isə ümumiyyətlə Aygün tərəfə baxmaması diqqət çəkir. 

Bəs üç rəfiqələrin dostluq münasibətləri necə pozuldu? 

Bir neçə il bundan əvvəl xalq artisti Brilliant Dadaşova demişdi ki, Aygün Kazımova konsert zamanı salonu doldura bilməyib, pərtliyini ört-basdır etmək üçün həmin gün onun verdiyi konsert salonuna gələrək fotolar çəkdirib, deyib ki, güya bu onun öz konsertindən olan fotolardır.