Bərdədə FACİƏ: 6 yaşlı qız diridiri yandı


Digərləri 15 Yan 2018 11:34:08 265 0

Bərdədə FACİƏ: 6 yaşlı qız diridiri yandı

Bərdə rayonunun Güloglular kəndində ümumi sahəsi 44 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 m2 sahədə yanıb.

Son.az FHN-ə istinadən xəbər verir ki, yanğın kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.

Yanğın zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.