Kosovo millimizlə oyunda legioner oynatmayacaq


İdman 15 Yan 2018 11:30:00 264 0

Kosovo millimizlə oyunda legioner oynatmayacaq

Kosovo yığması Azərbaycan milli komandası ilə keçirəcəyi yoldaşlıq görüşündə legioner futbolçularının xidmətindən yararlanmayacaq. Goal.az xəbər verir ki, fevralın 2-də Türkiyənin Antalya bölgəsində təşkil olunacaq qarşılaşma üçün yerli çempionatdakı oyunçulara dəvət göndəriləcək.

Yoldaşlıq görüşünün təşkilinə dair AFFA və FFK arasında müqavilə isə bu gün bağlanılacaq. Amma artıq tərəflər ilk anlaşma əldə ediblər. Azərbaycan yığması fevralın 2-də Gürcüstanla yoldaşlıq görüşü keçirməli idi. Lakin sonradan qonşu ölkənin Futbol Federasiyasının xahişi ilə qarşılaşma başqa vaxta təxirə salınıb. Yanvarın 30-da isə isə rəqib Moldova olacaq.