Rusiyada məktəbdə kütləvi dava olub, 8 şagird və 1 müəllim bıçaq xəsarəti alıb - YENİLƏNİB


Dünya 15 Yan 2018 11:10:00 292 0

Rusiyada məktəbdə kütləvi dava olub, 8 şagird və 1 müəllim bıçaq xəsarəti alıb - YENİLƏNİB

Hadisə ilə əlaqədar Perm Diyarının qubernatoru Maksim Reşetnikovun rəhbərliyi ilə əməliyyat qərargahı yaradılıb

Rusiyanın Perm şəhərində məktəbdə baş verən hadisənin təfərrüatı məlum olub.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, şəhərin Motovilixin rayonunda yerləşən 127 saylı məktəbin şagirdləri arasında kütləvi dava düşüb.

Davanın səbəbləri barədə məlumat yayılmayıb.

Rusiya KİV-də yayılan digər məlumata görə, hadisənin təşkilatçısı vaxtilə həmin təhsil müəssisində oxumuş 16 yaşlı gəncdir.

Hadisə ilə əlaqədar Perm Diyarının qubernatoru Maksim Reşetnikovun rəhbərliyi ilə əməliyyat qərargahı yaradılıb.

***

Rusiyanın Perm şəhərində maskalı şəxslər məktəbə hücum ediblər.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə şəhərin Motovilixin rayonunda yerləşən 127 saylı məktəbdə baş verib. 

Maskalı iki kişi tərəfindən məktəbə hücum olub. Nəticədə 8 uşaq və 1 müəllim bıçaq xəsarəti alıb. Bir şagirdin və qadın müəllimin vəziyyəti ağırdır.

Perm Təhlükəsizlik İdarəsindən bildirilib ki, hücum edənlər tutulublar. 

Hücumun motivləri hələlik məlum deyil.