Azərbaycan "Stalinin yaxtası"nı ala bilər


Digərləri 15 Yan 2018 11:10:10 259 0

Azərbaycan "Stalinin yaxtası"nı ala bilər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (AXDG), həqiqətən də, Moskva Çay Gəmiçiliyinin "Maksim Qorki" teploxodunu almaq niyyətindədir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə QSC-dən məlumat veriliblər.

Bildirilib ki, belə bir niyyət olsa da, yekun qərar hələ qəbul olunmayıb.

Danışıqların detalları barədə məlumat verilmir. Məlum olan yalnız odur ki, AXDG gəminin alınmasına namizədlərdən biridir.