Xatirənin əsgər yeri dəyişməyi, Nazəninin başıdikliyi, Şəbnəmin mərifəti, Fədayənin toysuz bacısı


Şou-biznes 15 Yan 2018 09:15:00 308 0

Xatirənin əsgər yeri dəyişməyi, Nazəninin başıdikliyi, Şəbnəmin mərifəti, Fədayənin toysuz bacısı

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (155-ci say) təqdim edir.

Sənətçilərin hər sahədən danışdıqlarını görmüşdük, bircə əsgərlərin yerini dəyişdirə bilmək bacarıqları qalmışdı. Hərdən düşünürəm ki, doğrudanmı bunlar belə matah adamlardı və çox önəmli işlər görürlər ki, istədiklərini danışsalar da, onlara "gözün üstündə qaşın var" deyən olmur. Müğənni Xatirənin bu açıqlamasını oxuyun, nə demək istədiyimi başa düşəcəksiz

"Qardaşım cəbhə bölgəsində əsgərlikdədir. İmkan vermədi ki, kiməsə zəng vurub, yerini dəyişim, tapşırım. Bəlkə də kənardakılar elə düşünür ki, Xatirənin qardaşı cəbhə bölgəsində ola bilməz. Amma mənim kimi insanın qardaşı oradadır. Mən ailəm üçün yaşamışam. Nə istəyiblər, onu etmişəm. Mənim tanışlarım, ətrafım çoxdur. Hərdən eşidirəm ki, deyirlər, kiminsə uşağı filan yerdə əsgərlikdə olmur".

Diqqətlə oxudunuzmu? Bu açıqlamadakı "mənim kimi insan" ifadəsini başa düşmədim. Xatirə bu sözü deyərkən, əcəba, nəyi nəzərdə tutur? Doğrudanmı onun belə bir səlahiyyəti mövcuddur? Yaxud kimdənsə üstün, fövqəladə səlahiyyət sahibidir? Deməli, əvvəldə dediyimə qayıdırıq. Müğənnilərin elə bacarıqları var ki, onu biz bacarmırıq. Şəxsən mənə Xatirənin qardaşının əsgər yoldaşlarının bu açıqlamaya olan reaksiyası da maraqlıdır. Hələ bəlkə də əsgər yoldaşları onun qardaşına təşəkkür edib deyirlər ki, düz edib bizimlə əsgər yoldaşı olmusan, biz də sənin sayəndə tarixə düşmüşük.

Müğənni Nazənin də bu həftə belə bir açıqlamayla yadda qalıb:

"Mən övladlarımın qarşısında, ailəmin qarşısında, qardaşlarımın, tamaşaçıların, sizin qarşınızda başıaşağı olacağım heç nə etməmişəm. Başım dik gəzirəm".

Mən də deyirəm niyə Nazənin xanım efirdə də "farağat" vəziyyətində olur. Sən demə, başı dik gəzdiyi üçün beləymiş.

Rəqqasə Sevdayla həyat yoldaşının anası arasındakı dava-dalaş məhkəməyə qədər gedib çıxa bilər. Qayınanası iddia edir ki, Sevda ev və maşın qarşılığında onun oğlunu ələ alıb. Oğlu da deyib ki, axıra qədər Sevdanın yanındadır. Amma hələ heç kim bilmir ki, Sevda axıra qədər həmin oğlanın yanında qalacaqmı?

Şəbnəm Tovuzlunu tanıyırsınız? Yəqin mahnılarını da eşitmisiniz. Bax, o, şou-biznesdəkilərin çoxundan mərifətli, qanacaqlı və ürəyi təmizdir: