Bağdadda iki partlayış törədilib, 26 nəfər ölüb


Dünya 15 Yan 2018 10:19:12 251 0

Bağdadda iki partlayış törədilib, 26 nəfər ölüb

Xeyli sayda yaralı var

İraq paytaxtı Bağdadda törədilən iki partlayış nəticəsində azı 26 nəfər ölüb, xeyli sayda yaralı var. 

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı İraqın Daxili İşlər Nazirliyi yayıb.

Partlayışlardan birini terrorçu-kamikadzenin törətdiyi bildirilib. 

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.