Bağdadda partlayış:


Dünya 15 Yan 2018 10:08:00 241 0

Bağdadda partlayış:

Bu gün səhər saatlarında Bağdadda iki partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, İraq DİN partlayışlar nəticəsində azı 6 nəfərin öldüyü barədə xəbəri təsdiqləyib. Daha 24 nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, partlayışlardan biri terrorçu-intiharçı tərəfindən törədilib.

İnsidentlə bağlı digər təfərrüatlar verilməyib, partlayışlarla bağlı məsuliyyəti hələ heç kəs üzərinə götürməyib.