Rusiyada maskalılar məktəbə hücum ediblər


Dünya 15 Yan 2018 10:42:35 250 0

Rusiyada maskalılar məktəbə hücum ediblər

Nəticədə 8 uşaq və 1 müəllim bıçaq xəsarəti alıb

Rusiyanın Perm şəhərində maskalı şəxslər məktəbə hücum ediblər.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə şəhərin Motovilixin rayonunda yerləşən 127 saylı məktəbdə baş verib. 

Maskalı iki kişi tərəfindən məktəbə hücum olub. Nəticədə 8 uşaq və 1 müəllim bıçaq xəsarəti alıb. Bir şagirdin və qadın müəllimin vəziyyəti ağırdır.

Perm Təhlükəsizlik İdarəsindən bildirilib ki, hücum edənlər tutulublar. 

Hücumun motivləri hələlik məlum deyil.